“Paris-2024”ün Azərbaycan bayraqdarları

post-img

Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları bəlli olub.

İyulun 26-da keçiriləcək açılış mə­rasimində bu vəzifəni qadın cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev yerinə yetirə­cəklər.

Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı ilə təmsil edəcək. Oyunla­rın açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.



Son xəbərlər