Millimizin Olimpiya geyimləri

post-img

“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan idmançı­larının yolasalma mərasimində onların vahid rəsmi parad geyimi və idman forması təqdim olunub.

Yeni geyim dəsti Olimpiya koman­dasının Milli Gimnastika Arenasında təşkil olunan yolasalma mərasimi za­manı ictimaiyyətə nümayiş etdirilib.

Olimpiada üçün xüsusi dizaynla ha­zırlanmış formalar ağ, tünd göy, çəhra­yı və yaşıl rəngdədir. Geyim dəstlərinin üzərində Azərbaycan bayrağı, gerbi və Xarıbülbül əks olunub.

Xatırladaq ki, “Paris-2024” Yay Olimpiya Oyunlarında Azərbaycan 48 idmançı ilə təmsil olunacaq. Oyunla­rın açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.

XQ

Son xəbərlər