Məzahir Pənahovun sədrliyi ilə iyulun 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, əvvəlcə MSK-nın 9 iyul 2024-cüil tarixli iclas protokolu təsdiq edilib.
Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azad Vətən Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Haqq Ədalət Partiyası və Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Sözügedən hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə Komissiya üzvləri məlumatlandırılıb və siyasi partiyalar tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.
İclasda daha sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Xarici qurum və media subyektlərinin nümayəndələrinin iştirak etdiyi iclasın sonunda cari məsələlərə də baxılıb.