Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

post-img

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2024-cü il sentyabrın 1-nə təyin edil­miş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ağ Partiyası səlahiyyətli nümayəndələr təyin etmiş və həmin şəxslərin qeydə alınma­sı üçün müvafiq sənədləri Azərbaycan Respublikasının Mərkəzi Seçki Komis­siyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seç­ki Məcəlləsində (bundan sonra – Seçki Məcəlləsi) nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün əsasların olmasını müəyyən etmiş­dir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qə­rara alır: 

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşa­ğıdakı şəxslər Ağ Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Pərviz Hacbala oğlu Əliosmanov

Kənan Hakim oğlu Məmmədov

Şahin Cəfər oğlu Abdullayev

Zabit Mürşüd oğlu Hacıyev

İmran Zakir oğlu Məmmədov

Elşən Misir oğlu Qafarov

Şahin Balasər oğlu Rəhimov

2. Bu Qərar dərc edildiyi gündən qü­vvəyə minir.

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər