Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

post-img

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2024-cü il sentyabrın 1-nə təyin edil­miş Azərbaycan Respublikasının Mil­li Məclisinə növbədənkənar seçkilərdə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Par­tiyası İdarə Heyətinin 2024-cü il 6 iyul tarixli iclasının Qərarı ilə səlahiyyətli nü­mayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respub­likasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissi­yası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddət­də və qaydada müvafiq araşdırma apa­rıb, təqdim edilmiş şəxslərin qeydə alın­ması üçün əsasların olmasını müəyyən etmişdir.

Mərkəzi Seçki Komissiyası Azərbay­can Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşa­ğıdakı şəxslər Ədalət, Hüquq, Demokra­tiya (ƏHD) Partiyasının səlahiyyətli nü­mayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınsınlar:

Səlahiyyətli nümayəndələr:

Nicat Pənah oğlu Qədirli

Akif Tofiq oğlu Qəmbərov

Mösüm Cabar oğlu Mahmudov

Yusif Hüseyn oğlu Süleymanov

Yaşar Rəşid oğlu Kələntərov

Vaqif Şirin oğlu Abışov

Amil Faiq oğlu İsmayılzadə

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr:

İlqar Əlixan oğlu Məmmədxanov

Etiram Etibar oğlu Nəsirli

Seynur Soltan oğlu İsmayılov

Baxçalı İlham oğlu Əliyev

İsmayıl Samir oğlu Cəfərov

Sahib Tofiq oğlu Həşimov.

2. Bu Qərar dərc edildiyi gündən qü­vvəyə minir. 

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər