Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

post-img

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Milli Cəbhə Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

2024-cü il sentyabrın 1-nə təyin edil­miş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Milli Cəbhə Partiyası İdarə Heyətinin 2024-cü il 2 iyul tarixli iclasının Qərarı ilə səlahiy­yətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilmiş və həmin şəxslərin qeydə alınması üçün müvafiq sənədlər Azərbaycan Respub­likasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissi­yası) təqdim olunmuşdur.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş müddət­də və qaydada müvafiq araşdırma apa­rıb, təqdim edilmiş şəxslərin qeydə alın­ması üçün əsasların olmasını müəyyən etmişdir. 

Mərkəzi Seçki Komissiyası Azər­baycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən qərara alır: 

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə aşa­ğıdakı şəxslər Milli Cəbhə Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınsınlar: 

Səlahiyyətli nümayəndələr:

Kamil Möhbalı oğlu Babayev

Vüqar Piri oğlu Dadaşov

Murad Valeh oğlu Alışov

Qoşqar Piri oğlu Dadaşov

Ehtiram Təvəkkül oğlu Mehtiyev

Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə

Sənan Rafiq oğlu Daşdəmirli.

2. Bu Qərar dərc edildiyi gündən qü­vvəyə minir.

Sədr Məzahir PƏNAHOV
Katib Arifə MUXTAROVA
Katib Mikayıl RƏHİMOV

Son xəbərlər