Binəqədi və Abşeronda pul və tikinti materialları oğurlanıb

post-img

İyulun 8-də Novxanı bağlar sahəsində yerləşən istirahət mərkəzində bir nəfərin 3900 manatı oğurlanıb. Bu barədə polisə məlumat daxil olub. Məlumatı DİN mətbuat xidməti verib. 

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən bir qadın müəyyən olunaraq saxlanılıb. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 2-də bir nəfərin bank kartından 103 manatını oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 28-də Xırdalan şəhəri ərazisində yerləşən anbarların birindən 10.000 manat dəyərində təmir-tikinti avadanlıqları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş S.Orucov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər