Avropa İttifaqı Gürcüstanın quruma inteqrasiyası ilə bağlı prosesi dayandırmaq barədə qərar qəbul edib. Məlumatı “İzvestiya.ru” verib.
Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski Tbilisidə beynəlxalq konfransda bildirib: “Təəssüf ki, Aİ liderləri Gürcüstanın Avropa İttifaqına üzvlük prosesini dayandırmaq barədə razılığa gəliblər. Bu, Avropa Şurasının hesabatlarında aydın şəkildə qeyd olunub”.
O deyib ki, Aİ ölkələrinin liderləri Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün nəzərdə tutulmuş 30 milyon avronun dondurulması barədə də qərar qəbul ediblər: “Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdan danışarkən, təəssüf ki, sizə bildirməliyəm ki, Aİ liderləri, həmçinin Avropa Sülh Fondu çərçivəsində Gürcüstan Müdafiə Qüvvələrinə dəstək üçün ayrılmış vəsaitləri dondurmaq qərarına gəliblər. Bu ana qədər Müdafiə Nazirliyinə köçürməyi planlaşdırdığımız 30 milyon avro da dondurulub”.
Gürcüstan Prezidenti Salome Zurabişvili bunda hökuməti günahlandırıb.
P.ƏMİRCANOV
XQ