Dünən Bakı Ekspo Mərkəzində “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimi keçirilib.
Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, elm və təhsil naziri Emin Əmrullayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev, gənclər və idman nazirinin müavini, müsabiqənin işçi qrupunun rəhbəri Fərhad Hacıyev və qonaqlar iştirakçıları təbrik edərək onlara uğurlar arzulayıblar. Çıxışlarda yarışçıların dəyərli təcrübə qazandıracağı və gələcək karyeralarında əhəmiyyətli rol oynayacağı vurğulanıb.
“Yüksəliş”in dördüncü mövsümünün yarımfinal və final mərhələlərinin ümumi konsepti “Təbiəti yaşıllaşdır, dünyanı yaxşılaşdır” devizi ilə “Yaşıl dünya naminə həmrəylik ili”dir. Əyani mərhələni uğurla başa vuran 328 namizəd yarımfinalda iştirak edir.
Namizədlər ilk gün “Yaşıl aksiya”da iştirak ediblər. Yarımfinal iştirakçıları “Nə? Harada? Nə zaman?” intellektual oyununda öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Növbəti günlərdə keyslər üzrə mübarizə aparılacaq və 8 bacarıq (strateji düşüncə, effektivliyin idarə edilməsi, nəticəyönümlülük, komanda işi, kommunikasiya bacarıqları, dəyişikliklərin və innovasiyaların idarə edilməsi, sosial məsuliyyət, liderlik) ekspertlər tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə beynəlxalq “Qiymətləndirmə konfransı” metodu ilə həyata keçirilir. Keyslər müasir dünya təcrübəsi əsasında və qabaqcıl formatda hazırlanıb və Azərbaycanın iqtisadiyyatı, sosial, insan resursları və yenidənqurma sahələrini əhatə edir.
Yarımfinal iyulun 7-də tamamlanacaq. Müsabiqənin finalı .31iyulun 19-21-də keçiriləcək.
XQ