“İTi Zəka–2” uğurla başa çatıb

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin birgə təşkil etdiyi 14–17 yaşlı uşaqlar arasında “İTi Zəka–2” hakatonunun – proqramçıların yarışının mükafatlandırma mərasimi keçirilib. 

AQUPDK-nin sədri Bahar Muradova müsabiqənin yekun hissəsinin həm də növbəti uğurların başlanğıcı olduğunu bildirib. Ötən tədbirlə müqayisədə indi yarışa qoşulanların və komanda sayının artdığını vurğulayan komitə sədri, iştirak­çılar arasında qızların da olduğunu, on­ların informasiya texnologiyalarına artan marağını sevindirici hal kimi qeyd edib. 

Vətəndaşlara Xidmət və Sosial İnno­vasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müraciət edən 530 uşaqdan 93 nəfərin finala çıx­masının böyük uğur olduğunu soyləyib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov yeniyetmə və gənclərin özü­nü idarəetmə bacarığının inkişafı, yeni tanışlıqlar əldə etmək baxımından belə intellektual yarışmaların əhəmiyyətini qeyd edib. 

Texnoloji innovasiyalar dövründə ya­şadığımızı diqqətə çatdıran gənclər və idman nazirinin müavini İndira Hacıyeva deyib ki, gələcəyimizi texnologiyasız, in­novasiyalarsız təsəvvür etmək artıq qey­ri-mümkündür. 

Gənclər Fondunun icraçı direktor və­zifəsini icra edən Qədir Xəlilov bildirib ki, uşaqların potensialının üzə çıxarılma­sında əhəmiyyətli olan hakaton, həm də gəncliyə verilən dəyərin nümunəsidir. 

Zərifə BƏŞİRQIZI
XQ

Son xəbərlər