AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI
QƏRAR
№ 3-27/3-7-8/2024/1
Bakı şəhəri 20 iyun 2024-cü il
Ölkədaxili müntəzəm şəhərlərarası (rayonlararası), şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma və şəhərlərarası (rayonlararası) müntəzəm avtobus marşrutlarında baqajdaşıma xidmətlərinin tariflərinin təsdiq edilməsi haqqında
“Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 sentyabr tarixli 767s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası
qərara alır:
1. “Ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri” təsdiq edilsin (əlavə olunur).
2. Bakı-Sumqayıt (Sumqayıt-Bakı) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 70 qəpik təsdiq edilsin.
3. Bakı şəhəri-Abşeron rayonu (Abşeron rayonu-Bakı şəhəri), Sumqayıt şəhəri-Abşeron rayonu (Abşeron rayonu-Sumqayıt şəhəri) müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə, bu Qərarın 1-ci hissəsi ilə Bakı, Xırdalan və Sumqayıt şəhərlərinin inzibati ərazisidə müəyyən olunan şəhərətrafı və qəsəbələrarası marşrutlar üzrə tariflərin yuxarı həddində təsdiq edilsin.
4. Abşeron rayonu, Sumqayıt və Bakı şəhərləri arasında müntəzəm avtobus marşrutları istisna olmaqla, digər müntəzəm şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik təsdiq edilsin.
5. Müəyyən edilsin ki, sərnişinlərin üç ölçüsünün cəmi 120 sm-dək (60 sm x 40 sm x 20 sm) olan və çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünün (5-10 yaş arası uşaqlar üçün çəkisi 10 kiloqram), uşaq arabasının və əlilliyi olan sərnişinlərin əlil arabasının və onların hərəkətliliyini və ya reabilitasiyasını təmin etmək üçün zəruri olan digər vasitələrin daşınması üçün daşıma haqqı ödənilmir.
6. Bu Qərarın 5-ci hissəsi nəzərə alınmaqla, müntəzəm şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında baqajın daşınması xidmətlərinin tarifləri hər on kilometr məsafə üzrə bir kiloqram çəki üçün 0,08 qəpik təsdiq edilsin.
7. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
8. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir.
Kollegiyanın sədri,
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının
2024-cü il 20 iyun tarixli3-27/3-7-8/2024 nömrəli qərarı ilətəsdiq edilmişdir.
Ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri
Marşrut
Məsafə
(dövrün uzunluğunun yarısı)
Tarif
(manat)
I
II
III
Şəhərətrafı və qəsəbələrarası
15 km-dək (15 km daxil olmaqla)
0,50
15 km-dən 30 km-dək (30 km daxil olmaqla)
0,60
30 km-dən 40 km-dək (40 km daxil olmaqla)
0,70
40 km-dən 45 km-dək (45 km daxil olmaqla)
0,80
45 km-dən 50 km-dək (50 km daxil olmaqla)
1,00
50 km-dən yuxarı
1,10
Kollegiyanın sədri,
rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev