AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI QƏRAR

post-img

AZƏRBAYCAN RESPUBLİKASININ RƏQƏMSAL İNKİŞAF VƏ NƏQLİYYAT NAZİRLİYİNİN KOLLEGİYASI 

QƏRAR 

№ 3-27/3-7-9/2024 

Bakı şəhəri 28 iyun 2024-cü il

Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutla­rında sərnişindaşıma xidmətlərinin tariflərinin təsdiq edil­məsi haqqında 

“Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azər­baycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişik­lik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2023-cü il 12 sentyabr tarixli 767s nömrəli Sərənca­mının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbay­can Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

qərara alır:

1. Müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutların­da sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Əd­liyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qü­vvəyə minir.

Kollegiyanın sədri,

rəqəmsal inkişaf və nəqliyyat naziri         Rəşad Nəbiyev

Son xəbərlər