Laçında yabanı halda bitən 1 tondan artıq çətənə bitkisi məhv edilib

post-img

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2024” planına uyğun olaraq tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir zamanı Qarıqışlaq kəndinin ərazisində yabanı halda bitən 1 tondan artıq 6050 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

 

Son xəbərlər