“By Youth For Youth” Beynəlxalq Forumu öz işini yekunlaşdırıb

post-img

Bakı şəhərində “By Youth For Youth” (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işini yekunlaşdırıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müxtəlif dövlətlərin yüksəkvəzifəli nümayəndələri, qonaqlar və ICESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edib.

Forum çərçivəsində panel müzakirələri aparılıb və təqdimatlar baş tutub.

Sonda forumda çıxış edən 5 gənc məruzəçiyə mükafatlar təqdim olunub.

Forumun məqsədi İslam Dünyası gənclərinin sülhyaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.

Qeyd edək ki, iki gün davam edən forum işinə ötən gün Şuşada başlamışdı.

Son xəbərlər