Köməksiz vəziyyətdə qalanlar xilas edilib

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində 2-si uşaq olmaqla 4 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xəbəri qurumun mətbuat xidməti verib.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşlara müvafiq köməklik göstərilib.

Bakı şəhərinin Sabunçu rayonunda da 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri vətəndaşa köməklik göstərib.

Bakı şəhərində iki halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi baş verib. Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri 1-i uşaq olmaqla 4 nəfərə köməklik göstərilib.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər