ABŞ-dəki hər iki Rusiya viza mərkəzi bağlanıb, rus diplomatları ölkədə vergi güzəştlərindən məhrum edilib, lakin Rusiya rəhbərliyi tələsik reaksiya verməyəcək. Bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov məlumat verib. Xəbəri “İzvestiya.ru” yayıb.
“Hər gün bizə qarşı hücumlar edilir. Bu gün, cəmi bir saat əvvəl amerikalılar bizə viza mərkəzinin bağlanması barədə bildiriş göndərdilər. İndi də Rusiya diplomatlarının və konsullarının çiyninə əlavə yük düşür”.
Antonov qeyd edib ki, rusiyalı diplomatlar fəaliyyətlərini dayandırmayacaq, ruslara lazımi hüquqi və konsulluq yardımı göstərmək üçün səylərini sərf edəcəklər.
P.ƏMİRCANOV
XQ