Zaqatalada qəza nəticəsində bir nəfər ölüb

post-img

Zaqatala rayonunun Katex kəndində yol-nəqliyyat hadisəsi baş verib. Bununla bağlı  Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Xəbəri FHN mətbuat xidməti verib.

Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “İveco” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub və 1 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər