Şəki şəhərinin Turan qəsəbəsində ümumi sahəsi 1326 m² (hər mərtəbəsi 663 m²) olan ikimərtəbəli orta məktəb binasının dam örtüyü 663 m² sahədə, 2-ci mərtəbəsinin yanar konstruksiyaları 410 m² sahədə və 1-ci mərtəbəsinin yanar konstruksiyaları 84 m² sahədə yanıb.
Məlumatı Fövqəladə Hallah Nazirliyinin mətbuat xidməti verib.
Məlumata görə, məktəb binasının qalan hissələri yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
P.ƏMİRCANOV
XQ