Regiondan kənar aktorların müdaxiləsi Cənubi Qafqazda sabitliyə və təhlükəsizliyə kömək etmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin jurnalistlərə Paris ilə İrəvan arasında hərbi əməkdaşlığı şərh edərkən bildirib.
M.Qaluzin əlavə edib: “Regiondan kənar aktorlar Cənubi Qafqaza öz gündəlikləri ilə gəlir və yumşaq desək, onlar region dövlətlərinin maraqlarına cavab vermir. Bu gün Qərb ölkələri Cənubi Qafqazda açıq konfrontasiyalı anti-Rusiya gündəliyi ilə fəaliyyət göstərirlər. Hesab edirik ki, bütün bunlar Cənubi Qafqaz regionunda sabitliyə və təhlükəsizliyə kömək etməyəcək”.
Diplomat vurğulayıb ki, regional təhlükəsizlik daha çox həmin regionun dövlətlərinin səyləri ilə daha effektiv şəkildə təmin edilə bilər. O vurğulayıb: “Biz həm təhlükəsizliyin təmini planında, həm də Cənubi Qafqazda və digər regionlarda iqtisadi inteqrasiya baxımından regional məsuliyyətin tərəfdarıyıq”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva