“Əbədi Birlik” Gənclər İctimai Birliyi və Qazaxıstan Tələbələrinin Alliansı İdarə heyətlərinin arasında onlayn görüş keçirilib

post-img

Görüşün əsas məqsədi Azərbaycan və Qazaxıstan gəncləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması və gücləndirilməsi idi. 

Leyla Mustafayevanın tərcüməçiliyi ilə baş tutan görüş zamanı “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev hər iki təşkilatın amalının eyni olduğunu, birgə layihələrin keçirilməsinin mühüm əhəmiyyətinin olduğunu bildirərək: “Biz Şumer köklü, İskit soylu, Sak ləyaqətli, Hun əzəmətli, Oğuz nəsilli, Türk əsilli Türk’ük! Mənim millətim türk, dilim türk dili, ölkə’m Turan, Vətənim Azərbaycandır! Amma mən sadəcə Azərbaycan türkü deyiləm, həm də Qazaxıstan türküyəm, Türkiyə, Şimali Kipr, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Kərkük, Krım, Uyğur türküyəm!” - fikirlərini tamamlayıb.

Qazaxıstan Tələbələrinin Alliansı’nın sədri Nauken Ulan Amankazıulı da bu fikirlərə qatılaraq Azərbaycan-Qazaxıstan və bütün Türk dünyası gənclər təşkilatlarının birgə fəaliyyətlərini dəstəklədiyini, həmrəylik nümayiş etdirməyin mühümlüyünü bildirərək: “Biz birlikdə daha da güclü olacağıq! Azərbaycan, Qazaxıstan, Türkiyə, Şimali Kipr, Özbəkistan, Türkmənistan, Qırğızıstan və digər türk dövlətlərinin gəncləri birləşərək daha da böyük layihələr həyata keçirəcəyik!” - fikirlərini sonlandırıb.

XQ

 

Sosial həyat