Azərbaycanın hərbi prokuroru Tatarıstanda

post-img

Rusiya Baş prokurorunun müavini - Rusiyanın Baş Hərbi prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Valeri Petrovun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olan Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tatarıstanda səfərdə olublar.

Məqsəd Mərkəzi Hərbi Dairənin Ka­zan Qarnizonu Hərbi Prokurorluğunun nümunəsində Rusiyanın Hərbi Prokuror­luq orqanları sisteminə daxil olan qarni­zon hərbi prokurorluqlarının strukturu, fəaliyyəti və iş prinsipləri ilə yaxından tanış olmaq, eləcə də təcrübə və fikir mü­badiləsi aparmaqdır. 

Səfər çərçivəsində əvvəlcə hər iki ölkənin hərbi prokurorunu Tatarıstanın Rəisi Rüstəm Minnixanov qəbul edib.

Kazan Qarnizonu Hərbi Prokurorlu­ğunun inzibati binasında prokurorluğun iş şəraiti və fəaliyyəti ilə yaxından tanış olan nümayəndə heyəti, həmçinin Kazan Federal Universitetində, eləcə də Kazan Kremlində, “Qol Şərif” məscidində, “Tan­rı Anasının Kazan İkonası” Məbədində, “Qələbə” parkında və digər tarixi-mədəni yerlərdə olublar. 

Bununla da nümayəndə heyətinin Ru­siyaya rəsmi səfəri başa çatıb.

XQ

Son xəbərlər