“SOCAR–Türkiyə”nin İsraillə xam neft üzrə ticarət əlaqəsi yoxdur

post-img

Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə” şirkəti tərəfindən İsrailə xam neftin satışının həyata keçirilməsi ilə bağlı ittihamlar həqiqəti əks etdirmir.

Bu barədə “XQ” “SOCAR Türkiyə”yə istinadən xəbər verir. Bildirilir ki, bu, qəs­dən ictimai rəyi çaşdırmaq məqsədi daşı­yır: “Biz, bütün fəaliyyətimizi baş ofisimiz - SOCAR-ın ortaya qoyduğu vizyona uyğun olaraq beynəlxalq biznes müqavilələri çərçi­vəsində həyata keçiririk. Dünyada neft satışı bazarının özünəməxsus xüsusiyyətləri var və hasil edilən xam neftin ticarət və ya treydinq şirkətləri vasitəsilə satışı həyata keçirilir. Tə­darükçü şirkətlər xam neftin hansı ölkələrə daşınmasına, hansı məqsədlər üçün istifadə edilməsinə nəzarət və müdaxilə imkanlarına malik deyillər”.

Məlumata görə, bu xüsusda, SOCAR digər neft şirkətləri kimi tədarük etdiyi məh­sulları aidiyyəti treydinq şirkətləri ilə satış əlaqələri çərçivəsində həyata keçirir: “Bu­nunla birlikdə, bazarda fəaliyyət göstərən ti­carət şirkətləri ilə davam edən mümkün satış əlaqələrimiz çərçivəsində, ticarət şirkətlərinin SOCAR-dan tədarük etdiyi xam neftin hansı ölkələrə daşındığına və hansı məqsədlə isti­fadə edildiyinə tərəfimizdən nəzarət və mü­daxilə edilməsi mümkün deyildir”.

Həmçinin qeyd edilir ki, son dövrlər regi­onda baş verən geosiyasi proseslər nəticəsində müəyyən etiraz aksiyalarında “SOCAR–Tür­kiyə” və qrup şirkətləri bir müddətdir bəzi təxribatçı qruplar tərəfindən həm sosial media üzərindən, həm də həyata keçirilən fiziki aksi­yalarla hədəf göstərilməkdədir: “Bu təxribatçı qruplar, şirkətimizin İsrail ilə xam neft üzrə ticarət əlaqəsi olduğuna dair əsassız ittihamlar irəli sürərək sosial media üzərindən təxribat xarakterli paylaşımlar etməkdə və şirkət bina­mıza əməkdaşlarımızın təhlükəsizliyini riskə atacaq şəkildə fiziki hücumlar həyata keçir­məkdədirlər. İstanbuldakı mərkəz binamızda 12 mart, 29 may, 31 may və 2 iyun tarixlərin­də, Bursadakı Bursaqaz ofis binasında isə 24 may tarixində həyata keçirilən və getdikcə şid­dətlənən təxribatların davam etməsi əməkdaş­larımızın həyatı üçün təhlükə yaratmaqdadır. 

“SOCAR Türkiyə” olaraq, sərmayələri­miz və əməkdaşlıqlarımız, Türkiyə və Azər­baycan arasındakı güclü qardaşlıq və dostluq bağları, strateji müttəfiqlik və xalqlarımızın qarşılıqlı maraqlarına uyğun şəkildə forma­laşmaqdadır. Türkiyədə fəaliyyətə başladığı­mız 16 il ərzində təxminən 18,3 milyard ABŞ dolları məbləğindəki sərmayə ilə, fərqli şəhər­lərdə 5 600 birbaşa, 10 mindən çox bilavasitə işçi ilə neft və təbii qaz sahəsində fəaliyyət göstərən qrup şirkətlərimiz və həyata keçirdi­yimiz STAR NEZ, TANAP kimi strateji meqa layihələrlə Türkiyənin ən böyük xarici inves­toru və ən böyük inteqrasiya olunmuş sənaye qrupuyuq”.

Məlumatda vurğulanıb ki, şirkətin Tür­kiyədəki mövcud sərmayələri yeni sərmayələr­lə genişlətmə fəaliyyəti isə davam etməkdədir: “Enerjidəki cari kəsirin azaldılmasına verdi­yimiz töhfə başda olmaq üzrə, yaratdığımız iqtisadi dəyər və məşğulluq, həmçinin həyata keçirdiyimiz bir çox sosial məsuliyyət layihə­si ilə başda fəaliyyət göstərdiyimiz bölgələr olmaq üzrə sosial fayda üçün var gücümüzlə çalışırıq. Yaşadığımız zəlzələ fəlakətində, ilk gündən etibarən həm pulsuz yanacaq dəstəyi, həm də əsas ehtiyacların bölgəyə çatdırılma­sı istaqamətində qardaş türk xalqının yanında yer aldıq, almağa da davam edirik. 

Türkiyənin müxtəlif şəhərlərində qurdu­ğumuz 11 məktəbdə 10 mindən çox şagirdə təhsil dəstəyi veririk. Sosial məsuliyyətimi­zi dərk edərək, təhsil, ətraf mühit və sosial sahələrdə fəaliyyətlərimizi davam etdiririk. Bir qrup təxribatçının ortaya atdığı əsassız ittihamları qətiyyən qəbul etməməklə birlik­də, ictimai rəyi manipulyasiya etmək və yüz illik qardaşlıq bağımıza zərər vermək məqsə­di daşıyan bu ifadələr və hərəkətlərə etibar edilməməsini xahiş edirik. Türk və Azərbay­can xalqının ortaq maraqları və rifahı üçün fəaliyyət göstərməyə davam edəcəyik. Şirkət şüarımızda da qeyd etdiyimiz kimi, hər zaman Birlikdəyik. Güclüyük”.

XQ

Son xəbərlər