İyunun 3-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.
Görüşdə Samir Nuriyev qarşı tərəfə ölkəmizin COP29-a hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verib.
Fatih Birol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüşdə COP29 ilə bağlı səmərəli müzakirələr aparıldığını məmnuniyyətlə vurğulayaraq, rəhbərlik etdiyi təşkilatın COP29-un uğurla keçirilməsinə töhfə verməyə hazır olduğunu bildirib.
AZƏRTAC