Liftdə qalmış 6 nəfər xilas edilib

post-img

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində üç halda liftdə köməksiz vəziyyətdə qalma barədə məlumat daxil olub. Xəbəri nazirliyin mətbuat xidməti verib. 

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3-ü uşaq olmaqla 6 nəfərə müvafiq köməklik göstərilib.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər