Laçına daha 20 ailə qayıdıb

post-img

Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub. Daha 20 ailə doğma torpağına qayıdıb. 

Açarların təqdim edilməsi mərasi­mində Laçın rayonunda Prezidentin xü­susi nümayəndəsi Məsim Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Bununla da Laçın şəhərində 513 ailə­nin, yəni 1906 nəfərin daimi məskunlaş­ması təmin olunub.

XQ

Son xəbərlər