MDB ölkələri təhlükəsizlik orqanlarının birgə əməkdaşlığı

post-img

Mayın 24-də Qırğız Respublikasının paytaxtı Bişkekdə MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 54-cü iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev iştirak edib.

Beynəlxalq terrorçuluqla və dini eks­tremizmlə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması və ölkələrin hüdudlarından kənarda döyüş hazırlı­ğı keçməklə cinayətkar qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərin müəyyən olunaraq fəa­liyyətlərinin qarşısının alınması iclasın gündəliyində duran əsas məsələlərdən olub. 

Tədbirdə dünyanın geosiyasi müstə­visində müşayiət olunan gərginliklər, mürəkkəb və ziddiyyətli proseslər fonun­da beynəlxalq təhlükəsizlik sisteminin yeni təhdidlərlə üz-üzə qaldığı, terror ris­kinin dəfələrlə artdığı və kibercinayətkar­lıq hallarının daha intensiv xarakter aldığı xüsusi vurğulanıb.

Bundan əlavə, MDB məkanında ma­raqlı qüvvələrin kəşfiyyat-pozuculuq fəa­liyyəti, transmilli mütəşəkkil cinayətkar­lıq, insan alveri, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılığı kimi ciddi narahatlıq doğuran mənfi təzahür­lərə qarşı səylərin birləşdirilməsinin və mövcud imkanları səfərbər etməklə birgə effektiv mübarizənin aparılmasının zəru­riliyinə də toxunulub. 

Tədbirdə mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı çıxışlar edilib, ətraflı müzakirələr aparılıb və gələcək əməkdaşlığa dair bir sıra vacib sənədlər imzalanıb.

XQ



Son xəbərlər