Xarici ölkələrdə 28 May şənlikləri

post-img

Özbəkistan

Azərbaycanın Özbəkistandakı sə­firliyi və Heydər Əliyev adına Azərbay­can Mədəniyyət Mərkəzi Daşkənddə 28 May Müstəqillik Günü münasibə­tilə rəsmi qəbul keçirib.

Azərbaycanın Özbəkistandakı sə­firi Hüseyn Quliyev AXC-nin fəaliyyəti və qısa müddət ərzində gördüyü işlər haqqında geniş məlumat verib. Dip­lomat Cümhuriyyətin gördüyü dövlət quruculuğu işləri haqqında danışıb. O qeyd edib ki, 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən Azərbaycan ümummilli lider Heydər Əliyevin apar­dığı uğurlu siyasət sayəsində dinamik inkişaf yoluna qədəm qoyub. Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin apardı­ğı islahatların öz uğurlu nəticəsini ver­diyini vurğulayan səfir bildirib ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı şanlı ordumuz azad edib.

Mərasimdə Azərbaycanın Özbəkis­tanla dostluq və əməkdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb.

Sonra ölkəmizin qazandığı nailiy­yətlər, turizm imkanları, tarixi abidələrini əks etdirən videoçarx nümayiş etdirilib. Qonaqlara Azərbaycan milli mətbəxinin təamları təqdim edilib.

Pakistan

28 May Müstəqillik Günü münasibə­tilə Azərbaycanın Pakistandakı səfirliyi də İslamabadda rəsmi qəbul keçirib.

Ölkəmizin Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycan Xalq Cümhuriyyə­tinin müsəlman Şərqində ilk demokratik respublika olduğunu vurğulayıb, onun şanlı tarixi barədə geniş məlumat verib. O deyib ki, AXC demokratik ənənələ­rin və milli dövlətçilik tarixinin formalaş­masında mühüm rol oynayıb. AXC-nin hüquqi varisi olan müstəqil Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa edib və öz suverenliyini ulu ön­dər Heydər Əliyevin sayəsində qoruyub saxlaya bilib. Bu gün Azərbaycanda ulu öndər Heydər Əliyev siyasəti dövlət baş­çısı İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. 

Pakistan ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlər barədə danışan diplomat həmin əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişaf etməkdə olduğunu diqqətə çatdırıb. 

Pakistan Baş nazirinin İqlim Dəyi­şiklikləri və Ətraf Mühitin Koordinasiya­sı üzrə əlaqələndiricisi xanım Romina Xurşid Alam Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. 

Şənlikdə Azərbaycanla bağlı müxtəlif videoçarxlar nümayiş etdirilib.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd – İslamabad



Son xəbərlər