Şeyxülislamın İranın Ali Rəhbərinə başsağlığı

post-img

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hü­seyn Əmir Abdullahiyanın, Təbrizin cümə imamı Ayətullah Əli Haşiminin və di­gər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə başsağlığı məktubu göndərib. 

İranın Ali Rəhbərinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqı­na Azərbaycan və Qafqaz müsəlmanları adından dərin hüznlə başsağlığı verən şeyxülislam Allahşükür Paşazadə Azər­baycan müsəlmanlarının İran xalqının hüznünə şərik olduqlarını vurğulayıb.

Son xəbərlər