QHT rəhbərləri İran xalqının kədərini bölüşüblər

post-img

Azərbaycanın bir sıra QHT rəhbərləri İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahi və onları müşa­yiət edən digər şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olması ilə əlaqədar İranın Azərbaycandakı Səfirliyinin binası önünə gül dəstələri düzüb.

QHT rəhbərləri bu ağır gündə İran xalqının kədərini bölüşdüyünü bildiriblər.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopte­ri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlı­ğında sərt eniş edib. Qəzada bütün sərni­şinlər və ekipaj üzvləri həlak olub.

Son xəbərlər