Gürcüstanla siyasi məsləhətləşmələr

post-img

Mayın 20-də Bakı şəhərində Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şəri­fov, Gürcüstanın nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya rəhbərlik edib.

Məsləhətləşmələr zamanı ölkələr ara­sında siyasi, iqtisadi-ticarət, enerji-nəq­liyyat, mədəni-humanitar və s. sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafın­da müzakirələr aparılıb.

XQ

Son xəbərlər