COP29 Sədrliyinin nümayəndələri ilə görüş

post-img

17 may 2024-cü il tarixində Qoşul­mama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil qərargahında COP29 Sədrliyinin nümayəndələri ilə görüş keçirilib.

Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin gənclərinin dayanıqlı inkişafla bağlı müasir çağırışlarda fəallığına şərait yaradan platforma olaraq QHGT COP29-un qlobal iqlim danışıqlarında əhəmiy­yətini yüksək dəyərləndirir. Bu xüsusda keçirilən görüş QHGT-nin Milli Bölmələri arasında COP29 barədə məlumatlılığın artırılması, COP29 Sədrliyinin fəaliyyət gündəliyi və QHGT ilə COP29 Sədrliyi arasında əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.

Görüş QHGT-nin mənzil-qərargahı və qərargah daxilində fəaliyyət göstərən Tədqiqat Mərkəzi ilə tanışlıqla başla­yıb. COP29 Sədrliyinin nümayəndələri QHGT-nin əməkdaşları ilə tanış olaraq Təşkilatın son dövrlərdə həyata keçirdiyi tədbirlər barədə məlumat alıblar. Tədbir QHGT-nin sədri, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənovanın sa­lamlama nitqi ilə açılıb. Sonra COP29-un prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 Sədrliyinin prioritetləri və fəaliyyət istiqamətləri barədə gənclərə ətraflı məlumat verib. Ardınca COP29-un aparıcı müzakirəçisi, Azərbaycan Res­publikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev gənc liderlərin perspektiv­lərinin beynəlxalq miqyasda təmsil olun­masının əhəmiyyətini qeyd edib.

Gənclərin iqlim təşəbbüslərində iştira­kının vacibliyini vurğulayan L.Həsənova yekun çıxışında COP29-un QH gənclə­rinin qlobal iqlim dialoquna töhfə vermə­sinə də geniş imkanlar yaratdığını bildirib. Tədbir interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb.

Son xəbərlər