Əli Əsədovun İranın Birinci vitse-prezidentinə başsağlığı

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı İranın Birinci vitse-prezidenti Məhəmməd Moxberə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Nazirlər Kabinetinin mət­buat xidmətindən məlumat verilib. 

Məktubda Ə.Əsədov İranın Birinci vit­se-prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, İran xalqının kədərinə şərik çıxdı­ğını bildirib.

Son xəbərlər