Latviya Seyminin sədri Milli Məclisdə

post-img

Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikası Seyminin sədri Dayqa Mierinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Görüşdə 2018-ci ildə 100 illik yubi­leylərini qeyd etmiş Azərbaycan və Latvi­yanın bənzər tarixə malik dost və strateji tərəfdaş ölkələr olduğu qeyd olunub. Bu gün ölkələrimiz arasında siyasi sahədəki sıx əməkdaşlıq iqtisadi, mədəni, elmi-tex­niki və humanitar sahələrdə də əlaqələrin daha da genişlənməsinə öz müsbət təsi­rini göstərməkdədir. Dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin, ke­çirilən görüşlərin, müntəzəm təmasların, həmçinin müxtəlif sahələrdə imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb.

S.Qafarova bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da inkişafına və möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, iİki il öncə Latviyaya rəsmi səfəri çərçivəsin­də keçirilən görüşləri, aparılan danışıqları məmnuniyyətlə xatırlayıb və ikitərəfli mü­nasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolunu xüsusi qeyd edib. Spi­ker Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasından sonra regionda yaranmış yeni vəziyyət barədə qonağı məlumatlandırıb. 

Üç gün öncə Cenevrə şəhərində Er­mənistan parlamentinin spikeri ilə keçiril­miş ikinci görüşünün təfərrüatları barədə danışan S.Qafarova Azərbaycan sülh gündəliyinə sadiqliyini nümayiş etdirdiyni diqqətə çatdırıb. Spikerin sözlərinə görə, iki ölkə arasında sərhədlərin delimitasi­yası və demarkasiyası istiqamətində də proses davam etdirilir.

Dayqa Mierina Azərbaycana ilk rəsmi səfərinin ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinin qeyd olunduğu bir vaxta təsadüf etdiyin­dən məmnunluğunu bildirib. Prezident İlham Əliyevlə keçirdiyi görüş barədə məlumat verən qonaq, görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələrini əhatə edən əməkdaşlığın dərinləşdirilməsi barədə fi­kir mübadiləsinin aparıldığını deyib. Qo­naq Latviyanın BMT TŞ-nin qeyri-daimi üzvlüyü məsələsində Azərbaycanın bir­mənalı dəstəyinə görə təşəkkürünü bildi­rib, ölkəsinin Azərbaycanın ərazi bütövlü­yünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. 

Seymin sədri 100 ildən də əvvəl lat­viyalı rəssam Yulie Straumenin Şuşada yaşadığını və orada müəllim işlədiyini, həmçinin onun Şuşada Azərbaycan xal­çalarının kolleksiyasını yaratdığını xatır­ladıb. 

Qarabağ regionuna səfərindən söz açan Latviya parlamentinin sədri Füzuli və Şuşa şəhərləri ilə tanışlıq zamanı gör­dükləri barədə təəssüratlarını bölüşüb. O deyib ki, gələcəkdə latviyalı şirkətlər də Qarabağda aparılan bərpa və yeni­dənqurma işlərində iştirak edə bilərlər.

***

Mayın 20-də ölkəmizdə rəsmi səfər­də olan Latviya Respublikası parla­mentinin sədri Dayqa Mierina ilə Milli Məclisdə mətbuat konfransı keçirilib.

Jurnalistlərin suallarına cavablandı­ran Latviya parlamentinin sədri ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərə dair təəsüratlarını bölüşüb, müzakirə olunmuş məsələlər barədə danışıb. Qonaq qeyd edib ki, bu görüşlərdə iqtisadiyyat, kənd təsərrüfatı, turizm, təhsil və digər sahələr­də münasibətlərin inkişafına, parlament­lərarası əlaqələrin perspektivlərinə dair müzakirələr aparılıb.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər