Qafqaz Müsəlmanları İdarəsinin sədri İranın Ali Rəhbərinə başsağlığı verib

post-img

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın, Təbrizin cümə imamı Ayətullah Əli Haşiminin və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə əlaqədar İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə başsağlığı məktubu göndərib.

İranın Ali Rəhbərinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına Azərbaycan və Qafqaz müsəlmanları adından dərin hüznlə başsağlığı verən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan müsəlmanlarının İran xalqının hüznünə şərik olduqlarını vurğulayıb.

“İran-Azərbaycan əlaqələrinin inkişafı, mehriban qonşuluq münasibətlərinin dərinləşməsi üçün səylərini əsirgəməmiş Prezident Rəisinin xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Əminik ki, qəzavü-qədər İran xalqının sarsılmaz iradə və əzmini qırmayacaqdır və Sizin müdrik rəhbərliyinizlə İran dövləti yeni nailiyyətlərə yetişəcək, İnşallah! Uca Allah Öz Lütf və Mərhəmətilə qardaş xalqlarımız və dövlətlərimizi hər zaman ucada qərar versin və hifz etsin!”, - deyə başsağlığı məktubunda qeyd edilib.

Son xəbərlər