Qazax–Ərzincan ali təhsil körpüsü

post-img

Türkiyənin Ərzincan Binəli Yıldırım Universiteti ilə Bakı Dövlət Universitetinin Qazax filiali arasında əməkdaşlıq protokolu imzalanıb.

Mərasimdə qardaş ölkənin ali təhsil ocağı­nı Türk dili və ədəbiyyatı kafedrasının profes­soru Əli Kafkasyalı təmsil edib. Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra başla­nan mərasim Heydər Əliyev və Qazi Mustafa Kamal Atatürkün həyatından bəhs edən video­çarxın nümayişi ilə davam edib. 

Bakı Dövlət Universiteti Qazax Filialının direktoru Arif Rüstəmov açılış nitqində əmək­daşlıq protokolunun təfərrüatlarına toxuna­raq bildirib ki, bu vacib sənəd təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, elmi na­iliyyətlərin tədris prosesinə tətbiqi və təcrübə mübadiləsi, qarşılıqlı faydanın təmin edilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişaf etdirilməsi, tədqiqat işlərin­də əldə olunan nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. 

Ərzincanlı professor Əli Kafkasyalı bildirib ki, hər iki ali təhsil müəssisəsi arasında əmək­daşlığın qurulması təqdirəlayiqdir. İmzalanan protokol həm alimlərin, həm də tələbələrin gələcək işbirliyində mühüm rol oynayacaq. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova və digər natiqlər də ürək sözlərini söyləyiblər. 

BDU-nun Qazax filiali ilə Ərzincan Binə­li Yıldırım Universiteti arasındakı əməkdaş­lıq protokolu imzalandıqdan sonra professor Əli Kafkasyalı təmsil etdiyi ali təhsil ocağının rektoru Akın Leventə məlumat verib. Rektor əməkdaşlıq protokolunun hər iki universitet üçün faydalı olacağına ümid etdiyini bildirib.

Namiq QƏDİMOĞLU
XQ

Son xəbərlər