FHN: Qəbələ rayonunun bəzi kəndlərində subasmanın qarşısı alınıb

post-img

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qobuçay çayının Qəbələ rayonunun Bunud və Həzrə kəndləri ərazisindən keçən hissəsinin daşaraq məcrasını dəyişməsi və bəzi yerlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən  bildirilib ki, bununla əlaqədar əraziyə nazirliyin Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda Regional Mərkəzin və aidiyyəti yerli qurumların qüvvələri tərəfindən məcrasını dəyişən çayın yatağının bərpa edilərək subasmanın qarşısının alınması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.





Son xəbərlər