Parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələ müzakirə olunub

post-img

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfe­derasiyasının Azərbay­candakı səfiri Tomas Ştəli ilə görüşüb. 

Görüşdə ölkələrimiz arasın­da əməkdaşlığın daha da geniş­ləndirilməsi məsələləri nəzərdən keçirilib, dostluq və əməkdaşlıq ruhunda inkişaf edən ikitərəfli mü­nasibətlərin hazırkı səviyyəsin­dən razılıq ifadə olunub. 

Söhbət zamanı iki ölkə ara­sında əlaqələrin mühüm bir is­tiqaməti olan parlamentlərarası əməkdaşlığın daha da genişlən­dirilməsinin əhəmiyyəti ilə bağlı fikirlər də səsləndirilib. Milli Məc­lisin sədri Sahibə Qafarova özü­nün 2022-ci ildə İsveçrə Konfe­derasiyasına rəsmi, cari ildə isə işgüzar səfərlərini xatırladıb. 

Görüşdə, həmçinin diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadi əlaqələrin vacib bir is­tiqamətini energetika sahəsində əməkdaşlıq təşkil edir. Azərbay­can və İsveçrə bu istiqamətdə uğurlu əməkdaşlıq edir. Azərbay­canın geniş alternativ enerji mən­bələrinə malik olduğunu nəzərə alaraq, bu istiqamətdə də əmək­daşlığın həyata keçirilə biləcəyi ilə bağlı fikirlər səsləndirilib.

Söhbət zamanı regionda möv­cud olan vəziyyət, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi nəhəng bərpa və quruculuq işləri barədə də məlu­mat verilib. Bu ərazilərdə həyata keçirilən yenidənqurma işlərində İsveçrə şirkətlərinin də iştirakı məsələləri müzakirə olunub.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər