Kursantların Ulu öndərin ad gününə fləş-mob hədiyyəsi

post-img

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə təməli 1971-ci ildə Ulu öndər tərəfindən qoyulan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları əbədiyaşar dahi liderin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar.

Müdafiə Nazirliyindən media­ya bildirilib ki, Milli Müdafiə Uni­versitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində – Heydər Əliyev adına Hərbi İnsti­tutda, Hərbi liseylərdə, Bakı, Nax­çıvan və Gəncə şəhərlərindəki hərbi kolleclərdə və Azərbaycan Tibb Universitetinin hərbi tibb fa­kültəsində təhsil almaq arzusun­da olanlar sənədlərini mayın 30-dək təqdim edə bilərlər.

XQ

Son xəbərlər