Ulu öndərin sevgi dastanı özbək dilində

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə Ulu öndərin anadan olmasının 101-ci ildönümü münasibəti ilə tanınmış jurnalist, Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabı Daşkənddə özbək dilində çap edilib. 

Kitabı özbək dilinə Özbəkistanın ta­nınmış alim və tərcüməçisi Babaxan Şərif çevirib.

Nəşrdə Zərifə Əliyeva və Heydər Əliyevin həyatı, gənclik illəri, ailə mü­nasibətləri, ömürlərinin ən yaddaqalan, keşməkeşli, sevincli, fərəhli anları öz əksini tapıb, onlara yaxın olan şəxslərin xatirələri verilib. 

Nəşrdə Ulu öndər və Zərifə xanımın həyatlarının müxtəlif dövrlərinə aid fotolar da yer alıb. 

Nəfis şəkildə çap edilmiş nəşrin yaxın günlərdə təqdimatının keçirilməsi nəzər­də tutulur.

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd



Son xəbərlər