Heydər Əliyev ideyaları və müasir Azərbaycan

post-img

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

DTX-nin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə ölkənin xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyəti ilə yanaşı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və Milli Məclisin deputatı Etibar Əliyev iştirak ediblər.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin akademiyanın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, onun və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda akademiyanın rəisi, polkovnik Elşad Nəsirov müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin milli dövlətçilik ənənələrimizin yenidən bərqərar edilməsindən və ölkəmizdə demokratik prinsiplərə əsaslanan hüquqi dövlət qurulmasından, eləcə də Vətən və xalq qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.

Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Konfransda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxış edərək Ulu öndərin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsindən və Azərbaycanda hüquqi dövlət quruculuğu strategiyasının uğurla həyata keçirilməsindən, müstəqil respublikamızın ilk Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində gərgin əməyindən danışılıb. Qeyd olunub ki, Heydər Əliyevin əsasını qoyduğu hüquqi islahatlar hazırda Prezident  İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Milli Məclisin deputatı Etibar Əliyev və Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov konfransın əhəmiyyətini, Heydər Əliyevin dövlətçilik amallarının və vətənpərvərlik irsinin təbliğinin vacibliyini vurğulayıb.

XQ

 

Son xəbərlər