Ulu öndər və uğursuzluğu zəfərə çevirən siyasət

post-img

Goranboyda dəyirmi masa

Dünən Goranboy Rayon İcra Hakimiyyəti və “Xalq qəzeti” ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş birgə  dəyirmi masa keçirdi.

Yeni Azərbaycan Partiyası Goranboy Rayon Təşkilatının binasında təşkil edilən “Heydər Əliyev siyasəti və Qarabağ amili: uğursuzluğu zəfərə çevirən müqəddəs amal”  mövzusunda toplantının iştirakçıları əvvəlcə Ulu öndərin həyat və fəaliyyətini, eləcə də Goranboy rayonuna səfərlərini əks etdirən stendlərlə tanış oldular, fotoşəkillərə baxdılar.

Məclis “Jurnalistlərin dostu” adını yüksək mükafat kimi məmnunluqla qəbul etmiş Heydər Əliyevin Azərbaycan mediasının inkişafındakı xidmətlərindən, qələm sahiblərinə göstərdiyi diqqət və qayğıdan bəhs edən videofilm nümayiş etdirildi.

Dəyirmi masanı giriş sözü ilə açan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərinə nəzər ­salaraq, müstəqil ölkənin suverenliyinin və  ərazi bütövlüyünün təmin edilməsi üçün yeritdiyi müdrik siyasətin, yaratdığı zəruri əsasların önəmini  vurğuladı.

“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, “Mübariz” rayon qəzetinin redaktoru Xuraman Abbasova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ələsgər Əlioğlu, Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, “Xalq qəzeti”nin bölgə müxbiri, Əməkdar jurnalist Hamlet Qasımov və başqaları müzakirə edilən mövzu ilə bağlı çıxış etdilər.

Dəyirmi masadan hazırlanmış geniş material qəzetimizin növbəti sayında dərc ediləcək.

XQ

 

Son xəbərlər