Mayın 7-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib.
“Azərbayca–Türkiyə: Ortaq Yüzüncü il” Platformasının sədri Elmin Sadıqov tədbirin ulu öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 101 illiyinə həsr edildiyini söyləyib. O bildirib ki, Azərbaycan–Türkiyə əlaqələri müasir dünya liderləri Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yüksələn xətlə inkişaf edir.
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, ulu öndər Heydər Əliyev Türk dünyasında siyasi həmrəyliyin – milli birliyin təmin olunmasına, türk dövlətləri ilə münasibətlərin inkişafına həmişə xüsusi diqqət yetirib.
AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva qeyd edib ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Energetika nazirinin müavini Orxan Zeynalov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatları Anar İsgəndərov, Musa Qasımlı ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətinin inkişafı yolundakı misilsiz xidmətləri barədə geniş məlumat veriblər.
XQ