Heydər Əliyev mərkəzlərinin ümumrespublika toplantısı

post-img

Heydər Əliyev Mərkəzinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə ölkə üzrə Heydər Əliyev mərkəzlərinin Şamaxıda toplantısı keçirilib. 

Ümummilli liderin anadan olmasının 101 illiyinə həsr edilən toplantı müasir, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin irsinin, dövlətçilik ənənələrinin, inkişaf strategiyasının öyrənilməsi, təbliği, yeni nəsillərə çatdırılması və beynəlxalq müstəvidə təqdim edilməsi məqsədilə silsilə tədbirlər çərçivəsində keçirilib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova Ulu öndərin dövlətçilik fəlsəfəsindən danışıb, siyasi irsinin öyrənilməsinin vacibliyini qeyd edib. O, ölməz rəhbərin misilsiz tarixi xidmətlərinin tədqiq və inkişaf etdirilməsinidə Heydər Əliyev mərkəzlərinin rolunu vurğulayıb. Mərkəzin ulu öndərin irsinin tədqiqi və təbliği departamentinin direktoru Rəna Məmmədova qurumun fəaliyyəti barədə ətraflı məlumat verib.

Toplantıda Şamaxı, Suraxanı, Masallı, Zərdab, Şabran, Tərtər, Qax, Neftçala, İmişli rayon və Gəncə şəhər Heydər Əliyev mərkəzlərinin direktorları Ulu öndərin irsinin araşdırılması istiqamətində təmsil etdikləri qurumların fəaliyyətindən, həyata keçirilən layihələrin önəmindən danışıblar.

XQ

 

Son xəbərlər