30 il gecikmiş dəfn

post-img

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. Mərasimində şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin əməkdaşları, qazilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb, ruhuna dualar oxunub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı anası Səbirə Dadaşovaya təqdim edilib.

Gülalı 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi uğrunda döyüşlərdə itkin düşmüşdü. Onun qalıqları Beyləqan rayonunun Şəfəq qəsəbəsindəki “Peyğəmbər” qəbiristanlığında aşkarlanıb.

XQ

 

Son xəbərlər