“Peşəkar jurnalistikanın əsasları” onlayn təlimi

post-img

Medianın İnkişafı Agentliyinin (MEDİA), Media Təhlil Mərkəzinin, “EDUAZ Co” MMC-nin və Türkiyənin Anadolu Agentliyinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmış “Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib.

MEDİA-dan verilən məlumatda bildirilir ki, “Eduaz.com” platformasında təqdim edilən kursun əsas məqsədi müasir media mühitində dəyişən tendensiyaları nəzərə alaraq media sahəsində təlimlərin əhatə dairəsinin genişləndirilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, media nümayəndələrinin fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin hər kəs üçün əlçatanlığının təmin olunmasıdır.

Onlayn təlim kursunda mövzular 12 moduldan ibarət olmaqla Anadolu Agentliyinin yüksək ixtisaslı ekspertləri tərəfindən tədris edilir. Dövlət və özəl əməkdaşlıq layihəsi çərçivəsində təqdim edilən kursdan Media Reyestrində olan jurnalistlər ödənişsiz yararlana biləcəklər.

XQ

 

Son xəbərlər