Ankarada qədim türk bayramı şənlikləri

post-img

Ankara şəhərindəki Keçiören Bələdiyyəsi Hıdırellez mövsümi bayram münasibətilə beynəlxalq mədəniyyət festivalı keçirilib. 

Festival çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyətinin diplomatik nümayəndəlikləri ölkələrinin milli stendlərini təqdim ediblər. Azərbaycanı tədbirdə səfirliyimiz və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Festivalda ölkələrin milli stendlərinə baxış keçirilib, qonaqlar Azərbaycan stendində milli mədəniyyətimizə dair suvenirlər, nəşrlərlə tanış olub, milli mətbəximizə dair yemək və şirniyyatlara qonaq ediliblər.

Keçiören Bələdiyyəsinin rəhbəri Mesut Özarslan Türk dünyasında baharın gəlişi kimi qeyd olunan Hıdırellez bayramı haqqında məlumat verərək, unudulmaqda olan adət və ənənələrin bərpasının önəmindən danışıb, bu bayramların gözəl ənənələrin göstəricisi olduğunu söyləyib.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ankara Keçiören Bələdiyyəsinin Fəxri diplomu ilə təltif olunub. Festivalda bədii proqramda müxtəlif ölkələrin rəqs kollektivləri milli rəqslərini təqdim ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin təqdim etdiyi bədii proqram maraqla qarşılanıb.

XQ

 

Son xəbərlər