Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 24-nə keçən gecə Türkan qəsəbəsindəki evlərdən birinin həyətindən 4 baş qoyun oğurlamaqda şübhəli bilinən A.Əliyev müəyyən olunaraq saxlanılıb. Məlumatı DİN mətbuat xidməti verib.
Həmin rayonun Buzovna qəsəbəsində isə bir həyətdən 2500 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş X.Xalıq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ