UNESCO-ya üzv ölkələrin daimi nümayəndələrinə regiondakı son proseslər barədə məlumat verilib

post-img

Mayın 1-də xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlə­rarası Dialoq Forumunda iş­tirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO-yaüzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə milli komissiyalarının rəhbərləri ilə görüşüb.

Görüşdə UNESCO çərçivə­sində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyiş­mələri üzrə Çərçivə Konvensiya­sının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq iş­ləri, habelə cari regional vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkə­mizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həya­ta keçirilən beynəlxalq layihələrin, o cümlədən, Ümumdünya Mə­dəniyyətlərarası Dialoq Forumu­nun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlı­ğa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çat­dırıb. Ölkəmizin COP29-a sədrliyi çərçivəsində qlobal iqlim dəyişik­liyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi is­tiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlu­matlandıran nazir iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyəti­nin və bu istiqamətdə birgə əmək­daşlığın vacibliyini vurğulayıb.

Son xəbərlər