Abşeronda 4 baş inək, Nizamidə 4000 manat oğurlanıb

post-img

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Stansiya Sumqayıt qəsəbəsi ərazisindən bir nəfərə məxsus 4 baş inəyi oğurlamaqda şübhəli bilinən A.Əhmədov və X.Babayev müəyyən olunaraq saxlanılıblar. 

Bu barədə məlumatı DİN mətbuat xidməti verib. 

Nizami rayonu ərazisində isə dayanacaqda bir nəfər şəxsin içərisində 4000 manat dəyərində noutbuku və idman geyimi olan çantasının oturacağın üzərindən oğurlanması barədə polisə məlumat daxil olub. 
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən A.Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər