Ümumi çəkisi 11 kiloqrama yaxın narkotik vasitə götürülüb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 30-da ümumi çəkisi 11 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 2,6 kiloqramdan artıq heroin,  5,8 kiloqramdan çox marixuana, 2,5 kiloqrama yaxın tiryək, həmçinin 86 ədəd metadon və ekstazi həblərindən ibarət olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər